BAKI, 1 may. TELEQRAF

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Suriyaya Türkiyə ərazisi ilə 200,6 milyon kubmetr təbii qaz nəql edilib.

Teleqraf xəbər verir ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, fevralda Suriyaya qaz ixrac edilən qazın həcmi 95,20 milyon kubmetrə bərabər olub. Yanvarda isə bu göstərici 105,4 milyon kubmetr olub.

Fevralda Suriyaya ixrac Türkiyənin ümumi qaz ixracında 60,72 % paya sahib olub.

Qeyd edək ki, Azərbaycan 2025-ci ilin avqustundan Türkiyənin Kilis şəhəri üzərindən Suriyaya təbii qaz ixracına başlayıb.