BAKI, 21 aprel. TELEQRAF
Qətər–Türkiyə–Avropa qaz kəməri enerji daşıyıcılarının Hörmüzə alternativ daşınmasına mümkün etsə də, xəri yüksəkdir.
Teleqraf xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti yazıb.
Məlumata görə, qazın Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyə ərazisindən keçməklə Avropaya nəqlini nəzərdə tutan layihə 2000-ci ildə Qətər tərəfindən irəli sürülüb, lakin doqquz il sonra dondurulub. Yaxın Şərqdə, xüsusilə Suriyada geosiyasi vəziyyətin dəyişməsi fonunda layihənin yenidən gündəmə gətirilməsi müzakirə olunur. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar yaxın günlərdə layihəni müzakirə etmək üçün Qətərə səfər etməyi planlaşdırır.
Avropa hazırda Rusiyadan gündə təxminən 100 milyon kubmetr, Hörmüz boğazı vasitəsilə isə 40 milyon kubmetr təbii qaz idxal edir. Ekspertlərin qiymətləndirməsinə əsasən, Qətər–Türkiyə–Avropa qaz kəməri ilə gündəlik 100 milyon kubmetrə qədər qaz tədarük edilə bilər.
Qəzetdə qeyd edilib ki, Avropa ölkələrinin Rusiyadan idxal etdiyi təbii qazın 1 kubmetrinin qiyməti təxminən 5 dollar, Hörmüz boğazı vasitəsilə isə 8 dollar təşkil edir. Hesablamalara görə, Qətər–Türkiyə–Avropa kəməri ilə tədarük ediləcək qazın 1 kubmetrinin qiyməti 12 dolları keçəcək.
“Təxminən 4 min km uzunluğunda nəzərdə tutulan kəmərin geosiyasi münaqişə bölgələrindən keçməsi əlavə risk amili yaradır. Layihənin tikinti xərcləri 20 milyard dollardan çox ola bilər”, - deyə mütəxəssislər bildirib.