BAKI, 2 mart. TELEQRAF

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə indiyədək Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.

"Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin iclasları ərəfəsində "TAP AG" şirkətinin icraçı direktoru Luka Skiepatti ilə görüşdük. İlin əvvəlində birinci mərhələsi tamamlanan TAP-ın genişləndirilməsinin növbəti mərhələsi və Avropadakı təbii qaz bazarının vəziyyətini müzakirə etdik," - deyə nazir əlavə edib.