BAKI, 28 fevral. TELEQRAF

Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev qlobal bazarda neftin qiymətinin bir barel üçün 100 dolları keçə biləcəyini qeyd edib.

Teleqraf xəbər verir ki, o, X-də İrandakı gərgin vəziyyəti və Hörmüz boğazının bağlanmasını şərh edərkən bildirib: "Neftin qiyməti tezliklə barrel üçün 100 dolları keçəcək".

Dmitriyev əvvəllər bildirmişdi ki, Tehranın Hörmüz boğazını bağlaması qlobal neft şokuna səbəb olacaq.

***

22:40

İrandakı münaqişə neftin qiymətinin bir barel üçün 80-100 dollara qədər artmasına səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" (FT) analitiklərə istinadən məlumat yayıb.

"Capital Economics" şirkətinin baş iqtisadçısı Uilyam Cekson bildirib ki, məhdud tətillər neft qiymətlərini asanlıqla bir barel üçün 80 dollara çatdıra bilər. O, uzunmüddətli münaqişənin neftin bir barelini 100 dollara çatdıra biləcəyini düşünür.

Fevralın 28-də "Brent" markalı neftin fyuçerslərinin qiyməti 4% artaraq 75 dolları keçib.