BAKI, 11 sentyabr. TELEQRAF
Məktəblərdə davamiyyətin izlənməsi istiqamətində az da olsa geriləmə müşahidə edilib.
Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında deyib.
O bu baxımdan məktəb direktorlarına xüsusi diqqət yetirmələrini tövsiyə edib:
“Məktəblərdə şagirdlərin punktuallığının təşkili ilə bağlı müəyyən nöqsanlar var. Burada həm şagirdlərin səhər dərsə vaxtında gəlməsi, həm də hər dərs zəngindən sonra növbəti dərsə vaxtında daxil olması nəzərdə tutulur.
“Bu mədəniyyətdir. Bu punktuallıq mədəniyyəti gələcəkdə həmin insanların həyata qədəm qoyduqdan sonra iş həyatında da vacib təsir edir”.