BAKI, 8 may. TELEQRAF
Mayın 17-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi Məlumat yayıb.
Bildirilib ki, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün bu linkə daxil olmalıdırlar. Onlar həmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər.
Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.