BAKI, 29 aprel. TELEQRAF
Bu gün ali təhsil müəssisələrinə qəbul imtahanı üçün qeydiyyatın son günüdür.
Teleqraf xəbər verir ki, bu saata olan statistikaya əsasən, qeydiyyatdan keçənlərin ümumi sayı 134 883 nəfərdir. Onlardan 121 911 nəfər Azərbaycan bölməsi, 12 972 nəfər isə rus bölməsi üzrə müraciət edib.
İxtisas qrupları üzrə göstəricilərə gəlincə, 1-ci ixtisas qrupuna 32 993, 2-ci ixtisas qrupuna 27 459, 3-cü ixtisas qrupuna 27 595, 4-cü ixtisas qrupuna isə 6 407 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.