BAKI, 31 mart. TELEQRAF
Sabah magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayacaq.
Teleqraf xəbər verir ki, magistratura səviyyəsinə qəbul olmaq istəyən namizədlər qeyd olunan müddət ərzində müvafiq platforma vasitəsilə qeydiyyatdan keçərək ərizələrini təqdim edə bilərlər.
Qəbul prosesi elektron qaydada aparılır və müraciət üçün son tarix 14 aprel müəyyən edilib.
Qeyd edək ki, magistraturaya qəbul imtahanı 17 may tarixində keçiriləcək.