BAKI, 4 fevral. TELEQRAF
“2025-ci ildə zal nəzarətçiləri bazasından ümumilikdə 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.
O bildirib ki, onlardan 286 nəfərin bazadan uzaqlaşdırılması birbaşa imtahan prosesi ilə bağlı olub:
“İmtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə 346 nəfər bazadan çıxarılıb. Sosial məzuniyyətdə olan 122 nəfərin də fəaliyyəti dayandırılıb.
Cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyinə və ya köçürməyə şərait yaratdığına görə 159 nəzarətçi siyahıdan çıxarılıb. Bu hallara sual kitabçalarının və cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yummaq kimi pozuntular da daxildir”.