BAKI, 26 sentyabr. TELEQRAF
Microsoft şirkəti tərəfindən “Windows 10” əməliyyat sisteminin rəsmi dəstəyi oktyabrın 14-də başa çatır.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən informatika üzrə dövlət qulluğuna qəbul imtahanı proqramından “Windows 10” əməliyyat sistemi ilə bağlı mövzular çıxarılıb və əməliyyat sisteminin “Windows 11” versiyası ilə bağlı mövzular əlavə edilib.
Proqramda aparılmış bu dəyişiklikdən sonra ilk dəfə 16 oktyabr tarixində keçiriləcək dövlət qulluğu imtahanında “Windows 11” əməliyyat sistemində “Windows 10”la eyni olanlar haqqında tapşırıqlar yer alacaq.