BAKI, 11 sentyabr. TELEQRAF

Rusdilli məktəblər anlayışı yoxdur, Azərbaycan məktəblərində Rus dili bölməsi var.

Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində jurnalstərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, vətəndaşlarımızın öz dilimizi bilmək şərti ilə rus dilini öyrənməsi yaxşı haldır.

"Rus dilində əsas problemimiz müəllim çatışmazlığı ilə bağlıdır. Buna görə də rusdilli bölmələrdə azalmalar ola bilər. Amma bölmələrin tamamilə ləğvi gündəmdə deyil", - nazir əlavə edib.