BAKI, 11 sentyabr. TELEQRAF
Tərbiyəçilərin sertifikatlaşdırılması istiqamətində qaydalar hazırlanıb və təsdiqlənib.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.
O bildirib ki, qaydaların 2026-cı ildə tətbiq edilməsi gözlənilir.
"520 məktəbəqədər təhsil müəssisəsində 50 minə yaxın uşaq hazır qida ilə təmin olunur. Ötən tədris ilində həyata keçirilmiş monitorinqlər nəticəsində 18 müəssisə müdirinin fəaliyyətinə xitam verilib", - nazir əlavə edib.