BAKI , 6 sentyabr. TELEQRAF

Mingəçevir Dövlət Universitetinin (MDU) yeni kampusunun tikintisinə başlanılıb.

Teleqraf xəbər verir ki, kampus 7 hektar ərazidə inşa olunacaq.

Müasir tələblərə cavab verən kampus kompleks infrastruktura malik olacaq.

Yeni kampusda tədris binaları, konfrans zalı, kitabxana, qız və oğlan tələbələr üçün yataqxana, müəllimlər üçün studio tipli mənzillər, hotel binası, tələbələr üçün istirahət və fəaliyyət guşələri yer alacaq.