BAKI, 5 sentyabr. TELEQRAF
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə dair məlumat şəxsi kabinetlərə göndərilib.
Bu barədə Teleqraf-a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.