LAÇIN, 22 avqust. TELEQRAF
Ümid edirik ki, bu il daha çox tələbə Qarabağ Universitetini seçəcək.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda Laçında keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, yeni tədris ili ilə bağlı hazırda ixtisas seçiminin nəticələrini gözləyir: "Ötən tədris ilində universitetə 1269 tələbə qəbul olunub. Hazırda onlar 6 fakültə 19 ixtisas üzrə təhsil alırlar. Biz universitet olaraq məsuliyyəti başa düşürük. Tələbələrimizi elə yetişdirmək istəyirik ki, Qarabağda oxumağın, işləməyin məsuliyyətini daha yaxşı mənimsəsinlər".