BAKI, 11 avqust. TELEQRAF

Ali Attestasiya Komissiyası 2025-ci ilin birinci yarısında elmi dərəcələrin verilməsi ilə bağlı statistikanı açıqlayıb.

Teleqraf xəbər verir ki, bu dövrdə 51 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 14 nəfərə isə bu adın verilməsindən imtina olunub.

Fəlsəfə doktoru üzrə isə 285 nəfərə elmi dərəcə verilib, 141 nəfərə verilməsindən imtina edilib.