BAKI, 30 iyul. TELEQRAF

"Bakıda bütün məktəbəqədər təhsil müəssisələri isti yeməklə təmin olunub".

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova brifinqdə deyib.

O bildirib ki, paytaxtla yanaşı, Bərdə, Mingəçevir, Gəncə, Xankəndi, Yevlaxdakı bağçalar da isti yeməklə təmin olunurlar.