BAKI, 30 iyul. TELEQRAF

"Bu il 81 nəfər məktəb direktoru işə başlayıb".

Teleqraf xəbər verir ki, bunu MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova Məktəbəqədər və ümumi təhsil ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, indiyə qədər məktəb direktorları üçün iki müsabiqə keçirilib, üçüncü müsabiqə də keçiriləcək.

İlhamə Rəsulova qeyd edib ki, işə qəbul edildikdən sonra direktorlar üçün ikigünlük təlim keçirilir.