BAKI, 30 iyul. TELEQRAF
Yeni tədris ilində 11 bağça fəaliyyətə başlayacaq
Teleqraf xəbər verir ki, bunu MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova Məktəbəqədər və ümumi təhsil ilə bağlı brifinqdə deyib.
O qeyd edib ki, optimallaşma nəticəsində 448 uşaqlar əlavə qruplara cəlb olunub:
"2025-2026-cı ildə 11 bağça fəaliyyətə başlayacaq. Bunlardan artıq 4-ü sistemə daxil edilib. Yeni bağçalar həm regionlarda, həm də Bakıda fəaliyyətə başlayacaq".