BAKI, 21 iyul. TELEQRAF
"Peşə təhsilində bəzi ixtisaslar var ki, onların təhsil haqqı 5 min manatdır”.
Teleqraf xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə deyib.
O bildirib ki, bunun baha olduğunu düşünülə bilər.
“Ancaq səbəbləri də var. Belə ki, bu beynəlxalq sertifikatlar, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlbedilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır”,- o qeyd edib.