BAKI, 2 iyul. TELEQRAF
Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitet tərəfindən "Fəxri doktor" diplomuna layiq görülüb.
Teleqraf xəbər verir ki, diplomu Ersin Tatara Texniki Universitetin rektoru Vilayət Vəliyev təqdim edib.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən E.Tatar Azərbaycan Texniki Universitetindəki tədbiri tarixi görüş adlandırıb.
"Fəxri doktor" diplomuna görə təşəkkür edirəm. Biz həm də Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmuşuq. Ölkəmizə daim dəstək olan Azərbaycan Prezdenti İlham Əliyevə təşəkkür edirəm. O, kipr türkünə sahib çıxdı. "Üç dövlət, bir millət" prinsipi bir daha özünü göstərdi. Buna görə təkrar Azərbaycan dövləti, prezidenti və xalqına təşəkkür edirəm",- deyə Ersin Tatar söyləyib.