BAKI, 24 iyun. TELEQRAF

"Ali təhsil müəssisələrinə qəbul imtahanlarının keyfiyyəti bizi qane edir".

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sualların çətinliyi ilə bağlı hər zaman fərqli rəylər olur.

“Çətin sual o zaman olur ki, onu bilmirsən. Dövlət imtahan Mərkəzi ilə əməkdaşlıq edirik.