BAKI, 19 iyun. TELEQRAF

Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) direktor vəzifəsinin icrasını müvəqqəti olaraq kollecin direktor müavini Amalya Sezgin yerinə yetirəcək.

Bu barədə Teleqraf-a kollecdən məlumat verilib.

Bildirilib ki, Amalya Sezgin 3 ay müddətinə direktor səlahiyyətlərini icra edəcək. O mart ayında kollecin tədris işləri üzrə direktor müavini təyin edilib.

Qeyd edək ki, ADPK-nın direktoru İsrayıl İsgəndərov bir neçə gün öncə vəzifəsindən ayrılıb. O, kollecdə altı il fəaliyyət göstərib.