BAKI, 18 iyun. TELEQRAF

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 7 nəfər abituriyent imtahan qaydalarını pozduğuna görə imtahandan xaric edilib.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin nəticələri ləğv edilib.