BAKI, 18 mart. TELEQRAF

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəassisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir.

Teleqraf xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 18 mart - 06 aprel 2025-ci il tarixlərində qeydiyyatdan keçə bilərlər.

Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.

Vəzifə

Müsabiqə üzrə məlumat

Qeydiyyat

Ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı

Müsabiqə elanı

Qeydiyyat linki

Ümumi təhsil müəssisələrində laborant

Müsabiqə elanı

Qeydiyyat linki

Ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri

Müsabiqə elanı

Qeydiyyat linki

Məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri

Müsabiqə elanı

Qeydiyyat linki