BAKI, 14 mart. TELEQRAF

“Bu il müsabiqəyə dövrün tələblərinə, ölkənin sosial-iqtisadi inkişafına yönələn əhəmiyyətli layihələr təqdim edilib”.

Teleqraf xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri" Respublika layihə müsabiqəsinin bağlanış mərasimində deyib.

“İstedadsız insan yoxdur, ancaq istedadı vaxtında aşkar etmək çox önəmlidir. Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən layihələr buna yönəlib. Müsabiqəyə təqdim olunan layihələr bizi çox sevindirdi. Layihələrin həyata keçirilməsində institutların da köməyi olub. 654 layihə təqdim olunub, 55 layihə qalib olub. İki layihə isə Amerikada sərgidə iştirak qazanıb”, - deyə bildirib.