
BAKI, 11 mart. TELEQRAF
Martın 2-si və 9-da keçirilən buraxılış imtahanı ilə bağlı şagirdlərin şikayət və müraciətlərinə nəticələr elan edildikdən sonra baxılacaq.
Bu Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.
"Nəticələr elan edildikdən sonra həmin imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyət göstərir. İmtahan iştirakçılarına şərait yaradılır ki, elektron formada öz müraciətlərini etsinlər. Bundan sonra rəsmi müraciətlər daxil olacaq”, - məlumatda vurğulanıb.