BAKI, 6 fevral. TELEQRAF

Repetitorluğun müsbət və mənfi tərəfləri var. Şagirdinə dərs keçən müəllim həmin şagirdin həm də repetitorudursa, bu, peşə etikasından kənardır".

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Necə ola bilər ki, bir müəllim məktəbdə yaxşı müəllim deyil, amma repetitor olaraq yaxşı müəllim olur?! Repetitorlar məktəb müəllimləridir, necə ola bilər ki, o məktəbdə pis dərs keçsin, hazırlıqda yaxşı? Bunu mən qəbul etmirəm. Əgər o yaxşı müəllim olsaydı, dərsi dərs vaxtı keçərdi. Mən olsam övladımı həmin müəllimin yanına repetitorluq üçün göndərmərəm".

Nazir bildirib ki, valideynin övladını repetitor yanına qoymağı onun şəxsi seçimidir.

"Və bunun müxtəlif səbəbləri ola bilər. Məsələn, valideyn övladı bir fənni daha yaxşı bilsin deyə, əlavə olaraq onu hazırlığa qoya bilər və ya ali məktəbə qəbul olmaq üçün sırf ona uyğun testlərə fokuslanmaq niyyəti ilə repititor tuta bilər. Ya da məktəb o qədər pis vəziyyətdədir ki, yazıq valideyn övladını repetitor yanına qoymağa məcburdur",- nazir vurğulayıb.