Şotlandiya bu siyahıda birinci yeri tutur

Britaniya Milli Statistika İdarəsinin yeni göstəricilərinə əsasən, Avropanın ən təhsilli ölkələrinin reytinqi açıqlanıb. Bu barədə “The Skotsman” nəşri məlumat verib. Ekspertlər müvafiq siyahıda Şotlandiyanı “ən təhsilli ölkə” kimi qiymətləndiriblər. Araşdırmalar nəticəsində bəlli olub ki, Böyük Britaniya Krallığına daxil olan bu ölkədə 25 yaşdan 64 yaşadək əhalinin 45 faizi kollec və universitet səviyyəsində təhsil alır.
“The Independent” qəzetinin yazdığına görə, bu göstərici Şotlandiyaya İrlandiyanı, Lüksemburqu və Finlandiyanı qabaqlamağa imkan verib. Bu dörd ölkədə yüksək təhsil səviyyəsi göstəricisi 40 faizdən yuxarıdır.

Şimali İrlandiya və Böyük Britaniya Birləşmiş Krallığı bu siyahıda ümumilikdə beşinci yeri tutub. Yüksək təhsil reytingi siyahısını Kipr, Estoniya, İsveç, Fransa, Almaniya tamamlayır.

Nail Cəlil