BAKI, 19 mart. TELEQRAF

İran İsrailin Hayfa şəhərindəki ən böyük neft emalı zavoduna (NEZ) və elektrik stansiyasına bir neçə raket zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Məlumata görə, silsilə raket zərbələri Hayfa, İsrailin şimalı və Təl-Əvivdəki hədəflərə yönəlib.

Raket zərbələri Hayfanın ayrı-ayrı rayonlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub.