Fransa prezidenti Fransua Olland noyabrın 26-da Moskvaya rəsmi səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində Olland rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Görüş zamanı dünən Türkiyə tərəfindən Rusiya qırıcısının vurulması əsas müzakirə məsələsi olacaq. Bundan başqa, liderlər İŞİD terror təşkilatı ilə mübarizə və Suriya böhranı məsələləri ətrafında fikir mübadiləsi aparacaq.
Samir