Almaniya kansleri Angela Merkel şənbə günü etdiyi ənənəvi videomüraciətində Avropada miqrantların ədalətli şəkildə paylanmasının vacibliyini bəyan edib. Musavat.com-un məlumatına görə, bu zaman Merkel bütün Avropa dövlətlərinə olmasa da, ən azından Şengen sazişi imzalayan ölkələrə müraciət edib.

“Biz miqrantların bölüşdürülməsi haqda bir daha, təzədən danışmalıyıq – bu, bütün Avropa dövlətləri üçün ümumi məsələdir” – qeyd edib kansler. Bu ilin əvvəlindən 758 min qaçqın Almaniyadan sığınacaq istəyib.