BAKI, 25 avqust. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff bu gün Moskvada keçiriləcək görüşlərdə iştirak etmək üçün Rusiyaya səfərə gedib.

Teleqraf xəbər verir ki, bu barədə "CBS News"a mənbələr bildirib.

Onun C-17 hərbi təyyarəsi ilə getdiyi qeyd olunur.

“Flightradar24” məlumatlarına görə, “Boinq C-17A Globemaster III” hərbi təyyarəsi bu səhər Riqadan Moskvanın “Vnukovo” hava limanına eniş edib. Təyyarə Latviya paytaxtına Merilenddən gəlib.

Merilenddə ABŞ Hərbi Hava Qüvvələrinin prezident təyyarəsi yerləşir.