BAKI, 25 avqust. TELEQRAF

Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bildirən ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirakından narazı olduğunu deyib.

Teleqraf xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində paylaşımında bu təlimlərin böyük maliyyə xərcləri yaratdığını qeyd edib.

"Bu təlimlər təkcə yüksək xərc tələb etmir, bu xərclərin böyük hissəsini həmişəki kimi ABŞ ödəyir, həm də Donald Trampın prezidentliyi dövründə heç bir təhlükə yaratmayan və hörmətlə davranan bir ölkəyə qarşı tamamilə yersiz və düşmənçilik xarakterli bir siqnal ötürür. Buna görə də, təlimlərin ləğvi üçün artıq gec olduğunu nəzərə alaraq, Hərbi katib Pit Heqsetə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verdim", - deyə Tramp vurğulayıb.