BAKI, 20 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın öldürdüyü hər bir amerikalı hərbçiyə görə ağır şəkildə cəzalandırılacağını bildirib.
Teleqraf xəbər verir ki, Amerika lideri özünün "Truth Social" səhifəsində yazıb: "İran nə vaxt Amerika əsgərini öldürsə, bunun bədəlini ağır ödəyəcək. Bununla bağlı əmr müdafiə naziri Pit Heqsetə, qərargah rəisi Daniel Keynə və bütün hərbi komandirlərə çatdırılıb".