BAKI, 20 iyul. TELEQRAF
Tehran və Vaşinqton arasında gərginliyin azaldılması üçün yeni təşəbbüs hər iki tərəfin aqressiv hərəkətlərdən çəkinməsini nəzərdə tutur.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Hədəs" televiziyası məlumat yayıb.
"ABŞ və İran arasında yeni razılaşma təklifi aqressiv və düşmənçilik hərəkətlərinin dayandırılmasını da əhatə edir. Yeni razılaşma tərəflərin əvvəllər imzalanmış anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini də əhatə edəcək" - məlumatda qeyd olunur.
Daha əvvəl bildirilmişdi ki, İran və ABŞ arasında vasitəçilik edən ölkələr müvəqqəti razılaşmanın bərpası variantlarını müzakirə etmək üçün 10 günlük atəşkəs təklif edirlər. "Reuters"in məlumatına görə, vasitəçilər Tehrana 10 günlük atəşkəsi nəzərdə tutan "ABŞ ilə müharibənin gərginliyini azaltmaq təklifi" təqdim ediblər.