BAKI, 16 iyul. TELEQRAF
İyulun 15-də cəbhə xəttində Ukrayna ilə Rusiya qüvvələri arasında 279 döyüş toqquşması baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri dörd raketlə bir zərbə endirib, həmçinin 88 hava hücumu həyata keçirərək 295 idarəolunan aviasiya bombası atıb.