BAKI, 1 iyun. TELEQRAF

Yaponiyada yaxınlaşan tayfun səbəbindən 400-dən çox aviareys ləğv olunub.

Teleqraf xəbər verir ki, ləğv edilən reyslərin əksəriyyəti iyunun 1-2-də təbii fəlakətin təsiri altına düşəcəyi gözlənilən Okinava prefekturasına aiddir.

Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, tayfunun episentri hazırda Okinavanın cənubunda yerləşir və saatda təxminən 15 kilometr sürətlə şimala doğru hərəkət edir.

Sinoptiklərin bildirdiyinə görə, tayfunun təsir dairəsində küləyin sürəti saniyədə 30 metrə, küləyin maksimal sürəti isə saniyədə 45 metrə çatır.

Mütəxəssislər hesab edirlər ki, tayfun Okinavanı keçdikdən sonra istiqamətini şimal-şərqə dəyişəcək və Yaponiyanın əsas hissəsinin Sakit okean sahilləri boyunca hərəkət edəcək.

Proqnozlara görə, təbii fəlakət Küsü və Sikoku adalarına, eləcə də Tokio metropoliten bölgəsinə təsir göstərə bilər.