BAKI, 31 may. TELEQRAF
ABŞ Silahlı Qüvvələri İranın dəniz blokadasının başlanmasından bəri 123 gəmini ya marşrutunu dəyişməyə məcbur etdiyini, ya da fəaliyyətsiz vəziyyətə saldığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, mayın 31-nə olan məlumata əsasən, 118 kommersiya gəmisi başqa istiqamətə yönləndirilib, 5 gəmi isə sıradan çıxarılıb.
CENTCOM-un məlumatına görə, bu göstəricilər İran ətrafında həyata keçirilən dəniz blokadası çərçivəsində qeydə alınıb.
Qeyd edək ki, ABŞ hərbi qüvvələri aprelin 13-də İranın dəniz blokadasına başladıqlarını açıqlamışdılar.