BAKI, 31 may. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün artırılması ilə bağlı ABŞ-yə göndərdiyi müraciətə hələ cavab verilmədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Zelenski bildirib ki, Vaşinqtona əlavə yardım göstərilməsi ilə bağlı müraciət ünvanlayıb və hazırda cavab gözləyir.
"Ümid edirəm ki, onlar (Ağ Ev və Konqres) vəziyyəti anlayacaq və cavab verəcəklər", - deyə Ukrayna lideri vurğulayıb.
Bundan əvvəl Zelenskinin ABŞ Prezidenti Donald Trampa təcili məktub göndərərək Ukraynada hava hücumundan müdafiə vasitələri və onlara aid raketlərin kritik çatışmazlığı barədə xəbərdarlıq etdiyi bildirilmişdi.