BAKI, 31 may. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan telefon danışığı Qərb ölkələri üçün xəbərdarlıq xarakteri daşıyıb.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrənin "Die Weltwoche" nəşri yazıb.

Məqalədə qeyd olunur ki, tərəflər arasında Kiyevə qarşı mümkün cavab zərbələri ilə bağlı aparılan müzakirələr beynəlxalq gərginliyin daha da artdığını göstərir.

"Nə qədər ki, Moskva bu təhdidi həyata keçirməyib, vəziyyət dəyişməz qalır. Lakin belə bir bəyanatın səsləndirilməsi belə risklərin və gərginliyin artmaqda davam etdiyini göstərir", - deyə nəşr vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Sergey Lavrov və Marko Rubio arasında keçirilən telefon danışığında Ukrayna böhranı, İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-ABŞ münasibətləri müzakirə olunub.