BAKI, 31 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Tom Barrakı İraq üzrə xüsusi nümayəndə təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri bildirib ki, Tom Barrak həm Suriya, həm də İraq üzrə prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, Vaşinqton Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığı inkişaf etdirir və bu ölkələrlə münasibətlər möhkəmlənməkdə davam edir.
"Türkiyədəki ABŞ səfiri Tom Barrak gördüyü mükəmməl işə görə həm Suriya, həm də İraq üzrə prezidentin xüsusi nümayəndəsi təyin ediləcək", - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Barrak Türkiyədəki səfir vəzifəsini də qoruyub saxlayacaq və fəaliyyətini ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə davam etdirəcək.
Qeyd edək ki, Tom Barrak 2025-ci ilin aprelində ABŞ-nin Türkiyədəki səfiri təyin olunub. Bir ay sonra isə Donald Tramp onu Suriya üzrə xüsusi nümayəndə vəzifəsinə gətirib.