BAKI, 30 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla əldə oluna biləcək razılaşmanın Hörmüz boğazının dərhal açılmasını və gəmilərin hər iki istiqamətdə maneəsiz hərəkətini nəzərdə tutduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Hörmüz boğazı dərhal açılmalıdır. Hər iki istiqamətdə gəmilərin məhdudiyyətsiz keçidi üçün heç bir ödəniş tələb olunmamalıdır", - ABŞ lideri yazıb.

Donald Tramp bildirib ki, mümkün razılaşma dəniz blokadasının ləğvini və Hörmüz boğazının minalardan təmizlənməsini də əhatə edir.

Onun sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi "misilsiz və möhtəşəm" blokada səbəbindən hazırda boğazda qalan bütün gəmilər geri qayıtmaq prosesinə başlaya bilərlər.

ABŞ prezidenti İranla danışıqların detalları və razılaşmanın nə vaxt qüvvəyə minə biləcəyi barədə əlavə məlumat verməyib.