BAKI, 28 may. TELEQRAF

Ermənistandakı Rusiya bazasının ləğvi üçün heç bir ilkin şərt yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Birinci Beynəlxalq Təhlükəsizlik Forumunda bildirib.

"Rusiya bazasına gəldikdə isə, o, canlıdır, işləyir və aktivdir və biz hələlik onun orada olmaması üçün heç bir ilkin şərt və ya təhdid görmürük", - deyə o qeyd edib.