BAKI, 28 may. TELEQRAF

Şotlandiya millisi baş məşqçi Stiv Klarkla müqavilə uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyası məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 61 yaşlı mütəxəssis 2030-cu il dünya çempionatının sonuna qədər yığmanı çalışdıracaq. O, 2019-cu ilin mayından Şotlandiya millisinin baş məşqçisidir.

Qeyd edək ki, Şotlandiya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Haiti, Mərakeş və Braziliya ilə eyni qrupda yer alıb. Komanda Haiti ilə iyunun 14-də, Mərakeşlə iyunun 20-də, Braziliya ilə isə iyunun 25-də qarşılaşacaq.