BAKI, 28 may. TELEQRAF

İran ABŞ ilə danışıqlarda yalnız silahlı qüvvələrinin imkanlarına güvənir və öhdəliklərinə əməl etməyən Vaşinqtona etimadsızlıq göstərir.

Teleqraf xəbər verir ki, bunu İranın Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqiri Rusiyada keçirilən Birinci Beynəlxalq Təhlükəsizlik Forumunun kuluarlarında bildirib.

"İran öz imkanlarına güvənir və bunlar da öz növbəsində silahlı qüvvələrindən asılıdır. İranın təcavüzkarlar üzərində qələbələrinin sirri onun daxili qüvvələrində və imkanlarındadır", - deyə o, jurnalistlərə ABŞ-nin cənubdakı İran hərbi obyektinə son hücumundan sonra Vaşinqton və Tehran arasında razılığa gəlmək şansının hələ də qalıb-qalmaması ilə bağlı suala cavab olaraq bildirib.

Baqerinin sözlərinə görə, ABŞ-nin təbiəti belədir: onlar heç vaxt öhdəliklərinə əməl etmirlər. O yekun olaraq bildirib ki, bölgədəki qeyri-sabitliyin əsas mənbəyi Amerikanın hərbi mövcudluğu və sionist rejimin təsiri olub".