BAKI, 27 may. TELEQRAF
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 2026-cı ildə Kiyevə 90 milyard avroluq maliyyələşdirmədən 28,3 milyard avro hərbi ehtiyaclar üçün köçürəcəyinə, eləcə də Ukraynanın Avropa dron istehsalı layihələrinə tam inteqrasiyasına söz verib.
Teleqraf xəbər verir ki, o, bunu Volodimir Zelenski ilə telefon danışığından sonra "X"də yazıb.
"Hava hücumundan müdafiə və pilotsuz təyyarələrə qarşı mübarizə səyləri Avropanın ən təcili prioritetlərindəndir. Ukrayna bu səylərə tam inteqrasiya olunacaq. Təkcə bu il Ukraynaya Avropa maliyyə dəstəyi proqramı Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün 28,3 milyard avro ayıracaq", - deyə o bildirib.