BAKI, 28 may. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərinin transformasiya mərhələsindən keçdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, “Armenia” telekanalına müsahibəsində bu transformasiyanın müsbət məcrada davam etdiyini qeyd edib.
“Ermənistan-Rusiya münasibətlərinə gəlincə, mən əvvəllər də demişdim ki, bu münasibətlər transformasiya mərhələsindədir və bu, müsbət transformasiyadır. Çünki münaqişə şəraitində Ermənistan-Rusiya münasibətləri başqa, münaqişənin olmadığı şəraitdə isə tamamilə başqa münasibətlərdir”, - Paşinyan vurğulayıb.