BAKI, 28 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika Günü münasibətilə keçirilən mərasimdə çıxış edib.

Teleqraf xəbər verir ki, Paşinyan 2026-cı ildə Respublika Gününün tamamilə yeni, tarixi şəraitdə qeyd edildiyini deyib.

"Təxminən 35 illik münaqişədən sonra Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub", - deyə o bildirib.

Baş nazir vurğulayıb ki, ilk Ermənistan Respublikasının müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün çatışmayan şey sülh idi.

O vurğulayıb ki, bu gün Ermənistanın yeni ordusuna yeni forma, yeni silahlar və yeni ideologiya təqdim olunur: "Yeni ideologiyanın əsas məqsədi belədir: ordunun yeganə vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin müdafiəsidir və beynəlxalq müqavilələr əsasında həyata keçirilən sülhməramlı missiyalar istisna olmaqla, ordumuz Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə edilməməlidir".