BAKI, 28 may. TELEQRAF
Pakistan baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında iştırakından sonra mayın 29-da rəsmi səfərlə Vaşinqtona yola düşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) bildirib.
Qeyd edilib ki, səfər çərçivəsində o, ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirəcək.
Tərəflər iki ölkə arasında münasibətlərin vəziyyətini müzakirə edəcəklər və qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.